Putin qanunu imzaladıbackend

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin ərazisində və üçüncü dövlətlərdə əməliyyatlar apara biləcək humanitar minatəmizləmə üzrə Birlik ölkələrinin birgə mühəndis bölməsinin yaradılması haqqında sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, sənəd rəsmi hüquq informasiya internet portalında dərc olunub.

Qeyd edək ki, MDB ölkələrinin minatəmizləmə üzrə Sazişi 2020-ci il dekabrın 18-də Moskvada imzalanıb. Saziş qeyri-müəyyən müddətə bağlanır və qüvvəyə mindikdən sonra istənilən MDB ölkəsinin qoşulması üçün açıqdır.

Sazişə əsasən, müştərək bölmə minalanmış sahələr və əvvəllər döyüş əməliyyatlarının aparıldığı ərazilərin, o cümlədən su hövzələrinin partlayıcı maddələrdən təmizlənməsi üçün texniki kəşfiyyatla məşğul olacaq.

Eyni zamanda, müştərək bölmə silahdan istifadə etmədən işləyəcək, partlayıcı maddələr və partlayıcı maddələri işə salmaq üçün vasitələr yalnız qəbul edən tərəfin mühəndis qoşunları tərəfindən istifadə edilə bilər.