Putin Qarabağla bağlı fərman imzaladıbackend

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı Qurumlararası Humanitar Mərkəzin yaradılması barədə fərman imzalayıb.

“Yeni Gündəm” TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin saytında məlumat verilib.

Fərmanda bildirilib ki, Dağlıq Qarabağla bağlı Humanitar Yardım Mərkəzində Rusiya Fövqəladə Hallar və Xarici İşlər nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri təmsil olunacaqlar.

Təşkilati məsələlər Müdafiə Nazirliyinə həvalə ediləcək.

Fərman imzalandığı gündən qüvvəyə minir.