Putin Şaxta babanı məhkəməyə verən hüquqşünasa belə cavab verdi – Videobackend

“Şaxta baba yaxşı oğlan və qızların arzularını reallaşdırır, hədiyyələr bəxş edir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında söyləyib.

Mətbuat konfransı zaman jurnalist Sankt-Peterburqda bir hüquqşünasın 23 ildir arzularını reallaşdırmadığına görə Şaxta babanı məhkəməyə verməsindən danışıb və Putindən bu məsələyə necə yanaşdığını soruşub.

“O, Sankt-Peterburqdan olan jurnalistdir? Mən də Sankt-Peterburqdan olan jurnalistəm. Mən də hüquqşünas olduğumdan Şaxta babanın vəkili kimi çıxış edə bilərəm və iddiaçıya xatırlatmaq istəyirəm ki, Şaxta baba yalnız yaxşı qızlara və oğlanlara hədiyyə bəxş edir. Qoy o, öz hərəkətlərini təhlil etsin və Şaxta babanın ona hədiyyə verməsinə nəyin mane olduğu barədə düşünsün”, – deyə Putin qeyd edib.