Putin: Ukrayna Qərbin əlində “Rusiyaya qarşı qoç”a çevrilibbackend

Rusiya prezidenti Vladimir Putin bildirib ki, kollektiv Qərb uzun illər “Donbasda soyqırımı və terroru təşviq edib, əslində bu ölkəni müstəmləkəyə çevirib”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatına və MDB-yə üzv dövlətlərin müdafiə nazirlikləri rəhbərlərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.

Rusiya lideri vurğulayıb ki, Ukrayna xalqı Qərbin əlində “Rusiyaya qarşı qoç”a çevrilib. “Kiyev Qərbin silah və sursatları ilə təchiz olunur, xarici muzdluları qəbul edir. Bütün bu hərəkətləri ilə Qərb Ukraynanı “intihar yoluna” sövq edir”, – Putin bildirib.

Ayşən