Putin: “Ukraynada xüsusi əməliyyatlarda iştirak edən müsəlman əsgərlər cəsur və fədakardır”backend

Rusiya prezidenti Vladimir Putin Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlarda iştirak edən müsəlman rus əsgərlərinin qətiyyətli, cəsur və fədakar olduqlarını bildirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Rusiya Prezidenti İdil bulqarlarının İslamı qəbul etmələrinin 1100-cü ildönümü münasibətilə Tatarıstanda keçirilən bayram tədbirləri çərçivəsindəki çıxışı zamanı deyib.

Putin ölkədəki müsəlman əhalisinin öz əcdadlarının adət və ənənələrinə hörmətlə yanaşdığını qeyd edib. Rusiya lideri bəyan edib ki, bu insanlar vətənə vicdanla xidmət, vətənpərvərlik və ədalət ideallarına möhkəm sadiqdirlər.