Vladimir Putin və Aleksandr Lukaşenko Moskvada görüş keçirəcək.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 5-6-da Moskvaya işgüzar səfərə gedəcək.
“Lukaşenko aprelin 5-6-da Rusiya Federasiyasında işgüzar səfərdə olacaq, burada İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak edəcək və Putinlə görüşəcək”.
Kremlin məlumatına görə, cümə axşamı Belarus və Rusiya liderləri cari ikitərəfli və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Fərahim Rəhimov