Putin və Paşinyan Qazaxıstandakı vəziyyəti müzakirə etdilərbackend

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, Qazaxıstandakı vəziyyət müzakirə edilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.