Rusiya prezidenti Vladimir Putin Xersondakı “Dnepr” qoşun qrupunun və Luqanskdakı Milli Qvardiyanın “Vostok” qrupunun qərargahlarına baş çəkib .
“Yeni Gundem” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Vladimir Putin “Dnepr” qoşunlar qrupunun qərargahında Hərbi Hava Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinskinin, “Dnepr” Ordu Qrupunun komandanı, general-polkovnik Oleq Makareviçin və digər hərbi rəhbərlərin məruzələrini dinləyib”,- deyə Kremldən bildiriblər.
Rusiya mətbuatının yazdığına görə, görüşdə Putin Xerson və Zaporojye istiqamətlərində mövcud vəziyyətlə maraqlanıb – Putin komandirlərə deyib ki, onları dinləmək və məlumat mübadiləsi aparmaq “vacibdir”.
“Vəziyyətin necə inkişaf etdiyi barədə sizin fikrinizi eşitmək, sizi dinləmək, məlumat mübadiləsi aparmaq mənim üçün vacibdir”, – deyə Putin hərbi komandirlərlə görüşdə deyib.
Fərahim Rəhimov