Putindən cəbhədəki döyüşlərlə bağlı açıqlama: “Hərbi əməliyyatlar Azərbaycanda gedir”backend

“Bilindiyi kimi, Ermənistan KTMT-nin üzvüdür, bizim onun qarşısında müəyyən öhdəliklərimiz var. Ancaq hərbi əməliyyatlar Ermənistanın ərazisində getmir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu “Rossiya 24”ə açıqlamasında Rusiya prezidenti Vladimir Putin söyləyib.

“Rusiyanın Təşkilat çərçivəsində müqavilə öhdəliklərinin icrası məsələsinə gəldikdə, biz həmişə öz öhdəliklərimizi yerinə yetirmişik və yetirəcəyik”, – ölkə başçısı vurğulayıb.Report