Putindən Ərdoğana ŞOK TƏKLİF: Krımı Rusiya ərazisi kimi tanı əvəzində… / Gündəmi alt-üst edən iddiabackend

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı Soçidə baş tutan son görüşlə bağlı diqqətçəkən iddia səsləndirilib.

“Yeni Gündəm” xəbər verir ki, rusiyalı politoloqların iddialarına görə, görüş zamanı Putin bir sıra təkliflər irəli sürüb. İddia edilir ki, Putin Ərdoğanın Krımı Rusiya torpağı kimi qəbul edəcəyi təqdirdə Türkiyənin bir sıra strateji hədəflərinə dəstək verəcək. Bildirilir ki, Putin Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımaya hazırdır. İddialara görə, bu Türkiyəni məmnun etməsə, Rusiya PYD/ PKK təşkilatını da terror siyahısına daxil etməyə hazırdır.

Lakin türkiyəli politoloq Taha Dağlı bildirib ki, bu iddiaların əsası yoxdur.