Putindən Ermənistana MÜHÜM ÇAĞIRIŞ – Sərhəd məsələsi həll olunmalıdırbackend

​Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə keçirilən görüşdə Suriya, Əfqanıstan, Liviya və Qarabağla bağlı məsələləri müzakirə ediblər.

“Yeni Gündəm” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskovun sözlərinə görə, tərəflər görüş zamanı regional problemlərə xüsusi diqqət ayırıblar:

“Rusiya tərəfi bildirib ki, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı kompromisli həll axtarmalıdırlar”./axar.az/