Putindən Mişustinlə bağlı daha bir fərmanbackend

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Yeni Gündem” xəbər verir ki, Baş Nazir Mixail Mişustin şuranın daimi üzvü təyin edilib. Bu barədə Kremlin saytında yazılıb. Fərman imzalandığı gündən qüvvəyə minib.

Xatırladaq ki, Putin yanvarın 16-da Mixail Mişustinin hökumət rəhbəri postuna təyin olunması haqda fərman verib.