Putindən Qarabağla bağlı daha bir AÇIQLAMAbackend

“Biz Dağlıq Qarabağdakı hərbi münaqişəyə görə narahat idik. Çünki bu münaqişəyə bizə MDB-dən iki yaxın ölkə, Azərbaycan və Ermənistan cəlb olunmuşdu. Təəssüflər olsun ki, hərbi əməliyyatlar çoxlu sayda insan itkisinə gətirib çıxardı”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələri dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında bildirib.

O, Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanatın imzalandığını xatırladıb: “Vacib olan odur ki, bu bəyanat ümumilikdə ardıcıl olaraq həyata keçirilir. Təmas xətti boyunca yerləşdirilən Rusiya sülhməramlıları vəziyyətin yenidən gərginləşməməsi üçün hər şeyi edir. İndi beynəlxalq ictimaiyyət, həm də şübhəsiz ki, bizim ölkələr qarşısında zərər görən rayonlarda humanitar problemlərin həll olunmasına yardım etmək kimi vəzifə dayanır”.