Rusiya lideri Vladimir Putindən sonra Çin prezidenti Si Cinpin gələn həftə Hindistanda keçirilməsi planlaşdırılan G-20 Liderlər Sammitində iştirak etməyəcək.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, sentyabrın 9-10-da Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək toplantıda Çinin Baş naziri Li Qianqın Pekini təmsil edəcəyi gözlənilir.
Hindistanda keçiriləcək sammit, ABŞ və Çinin pisləşən münasibətlərini düzəltməyə çalışdığı bir vaxtda Xi Jinping və Joe Biden-in bir araya gələ biləcəyi bir “ünvan” olaraq görülür.
Sonuncu dəfə isə iki ölkə başçısı Xi və Bayden sonuncu dəfə keçən ilin noyabrında İndoneziyanın Bali adasında keçirilən G-20 sammiti zamanı görüşmüşdülər.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Yeni Dehliyə getməyəcəyini və onun yerinə xarici işlər naziri Sergey Lavrovu göndərəcəyini bəyan etmişdi.
Mənbə: İLKHA
Aynur Camal