Putinin Borrell ilə görüşmək planı yoxdur – Peskovbackend

Rusiya Prezidenti Vladimir Putinin Aİ diplomatik nümayəndəliyinin rəhbəri Jozep Borrel ilə ayrıca bir görüşü planlaşdırılmır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib.

AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə yüksək nümayəndəsi Jozep Borrell bü gün axşam Rusiyaya yola düşəcək. Bu, onun 2017-ci ildən bəri Rusiya paytaxtına ilk səfəridir. Borrell Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmağı və koronavirusla mübarizə ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.

“Putinlə görüş planlaşdırılmır. Bilirsiniz ki, cənab Borrell xarici işlərnaziri Lavrovun həmsöhbətidir və danışıqlar məhz onunla aparılacaq”,- deyə Peskov qeyd edib.