Putinin G20 sammitinə qatılmamasının səbəbi açıqlandıbackend

“Hazırkı vəziyyət Rusiya Prezidenti Vladimir Putinin Rusiyada olmasını tələb edir. Ona görə də o, G20-nin Bali sammitində iştirak etməmək qərarına gəlib”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü vurğulayıb ki, G20 liderləri istəsələr Rusiya tərəfi ilə görüşlər keçirə bilərlər: “Rusiya sammitdə Sergey Lavrovun iştirakı ilə yüksək səviyyədə təmsil olunur. Lavrov bu sammitin iştirakçılarının əksəriyyəti ilə müzakirələr aparıb. Rusiya XİN rəhbəri bu sammit çərçivəsində konstruktiv dialoqa görə ən xoş arzularını və təşəkkürünü İndoneziya rəhbərliyinə çatdırıb”.