Putinin Qafqazda sıxışdırılması qərarlarına TƏSİR EDİR: Muradov və Kosobokovun geri çağrılmasındakı MÜƏMMAbackend

“Son günlər Qarabağda baş verən hadisələrə həmçinin Rusiyanın qərarlarında olan çaşqınlığa səbəb Putinin sıxışdırılmasıdır. Cənubi Qafqazla bağlı addımlarında daima dəyişiklik edən Rusiyanın bu hərəkətlərinə səbəb İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanması oldu”.

“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri Metbuat.az-a deyən politoloq Samir Hümbətov bildirdi ki, son günlər Putinə olan təzyiqlər nəticəsində bir ayda iki dəfə sülhməramlıların komandirləri dəyişdi.

“Sülhməramlıların komandiri vəzifəsinə Rüstəm Muradovu gətirən Rusiya, onun atdığı bir neçə addımı səhv olaraq qəbul edərək, geri çağırdı. Rüstəm Muradov dağıstanlı olsa da görünən odur ki, Qafqaz xalqlarının psixologiyasını tam bilmirdi. Muradovun iki ölkə arasında balans yarada bilməməsi, onun yerinə Abxaziyada Rusiya qoşunlarının komandanlığında çalışmış, demək olar ki, Qafqaz xalqlarının psixologiyasına Muradovdan daha yaxşı bələd olan Mixail Kosobokovun gəlməsinə səbəb oldu. Sual oluna bilər ki, bəs Kosobokov niyə bu qədər qısa müddətə geri çağrıldı. Qeyd edək ki, çox qısa bir müddət ərzində sülhməramlılara rəhbərlik edən Kosobokovun Putin tərəfindən geri çağırılmasının məqamları olduqca gizlidir”.

Politoloq deyir ki, fərziyyələrə əsasən, Kosobokovun geri çağrılmasına səbəb, Qarabağdakı proseslərin həllində aktivlik göstərməsi olub. Xüsusilə də, erməni silahlılarının bir çox postlarının dağıdılması, sərhədyanı Azərbaycan kəndlərinin boşaldılması, Kosobokovun sülhməramlılara rəhbər təyin edildiyi vaxtda baş vermişdi.

“Xüsusilə erməni cəmiyyətində ajortaja səbəb olan bu məsələnin olduqca qabarmaması, Paşinyanın əlində siyasi rıçarqa çevrilməməsi üçün Kosobokov geri çağırıldı. Yeni təyin olunan general-leytenant Gennadi Anaşkin isə Rusiyanın maraqlarını güdən bir şəxsdir. Görünür ki, Rusiya tez-tez belə kombinasiyaları etməklə əslində bir növ həm Azərbaycana, həm Ermənistana mesaj ötürmək istəyir ki, məqsəd sülhməramlıların komandirlərinin yerli əhali ilə sıx əlaqə qurmasına mane olmaqdır. Çoxdan məlumdur ki, Rüstəm Muradovun erməni separatçılarının başçıları ilə görüşdüyü artıq bəllidir”.

Samir Hümbətov qeyd etdi ki, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların yeni komandiri ilə bağlı məlumatı təsdiqləməsə də görünən tərəf odur ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi bu məsələyə ciddi reaksiya verir.