Putinin sözçüsü koronavirusa yoluxdubackend

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusa yoluxduğunu bildirib.

“Yeni Gündəm” xəbər verir ki, Kremlin nümayəndəsi hazırda xəstəxanadadır.

Bundan əvvəl koronavirus həm Rusiyanın Baş naziri Mixail Mişustində, həm də Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovada aşkar edilib.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uhanda vətəndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib.

Xəstəliyin törədicisi, rəsmi adı COVID-2019 olan koronavirusun yeni bir növüdür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada yeni bir növ koronavirusun vəba xəstəliyini bildirib.