Putinlə Paşinyan Azərbaycan və Ermənistan münasibətlərini müzakirə edəcək? – AÇIQLAMAbackend

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İqtisadi Sammiti çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyanın görüşü olacaq.Görüşdə Azərbaycan və Ermənistan münasibətlərini müzakirə ediləcəkmi?

Mövzu ilə bağlı “Yeni Gundem”-ə açıqlamasında politoloq Yusif Bağırzadə danışıb.

“Paşinyanla Putin arsında ikitərəfli görüşündə təəccüblü bir şey yoxdur. Belə ki, dekabrın 9-da Bişkekdə Avrasiya İqtisadi İttifaqını Sammiti keçirələcək, Rusiya prezidenti və Ermənistan Baş naziri də həmin tədbirdə iştirak edəcək. Təəccüblü o olardı ki, eyni tədbirə qatılmış iki ölkə rəhbəri arasında görüş keçirilməsin.”
Onun sözlərinə görə ,həm Rusiya, həm də Ermənistan yaxşı bilirlər ki, Fransanın sərgilədiyi mövqedən və Makronun Azərbaycan qarşı açıqlamalarından sonra Azərbaycan onun vasitəçi kimi proseslərdə iştirakına imkan verməz.
“Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda Qərbin vasitəçiliyini minimum endirməyə çalışan Rusiya üçün bu cür görüşlər olduqca vacibdir. Xüsusilə də indiki məqamda, yəni Paşinyanın Brüssel formatında danışıqları pozmaq üçün Makronun iştirakını şərt olaraq irəli sürməsi və Prezident İlham Əliyevin də haqlı olaraq Fransa kimi erməni dəstəkçisi bir ölkənin vasitəçiliyi ilə görüşün keçirilməsinin mümkünsüzlüyü ilə bağlı mövqe ortaya qoymasından sonra Rusiya yenidən təkbaşına vasitəçilik missiyasını həyata keçirmək üçün hərəkətə keçib. Mən tamamilə əminəm ki, Avropa İttifaqını proseslərdən ən azından bir müddətliyinə də olsa uzaqlaşdırmaq üçün Makron şərtinin irəli sürülməsi də məhz elə Rusiyanın planıdır. Həm Rusiya, həm də Ermənistan yaxşı bilirlər ki, Fransanın sərgilədiyi mövqedən və Makronun Azərbaycan qarşı açıqlamalarından sonra Azərbaycan onun vasitəçi kimi proseslərdə iştirakına imkan verməz. Bunu Makron özü də kifayət qədər yaxşı bilirdi və bunu bilə-bilə görüşdə iştirak etmək istəməsi əslində birbaşa Brüssel formatında danışıqlara balta vurmaq və dolayısı ilə Rusiyanın maraqlarına xidmət etmək deməkdir. Bu isə Rusiya və Fransa arasında hansısa gizli danışıqların getdiyi və müəyyən razılaşma olması ilə bağlı məlumatları təsdiqləyir.Rusiya “sülhməramlı” kontingentin ərazilərimizdə qalma müddətinin uzadılması ilə bağlı Azərbaycanın razılığını ala bilmədiyi üçün həmin sülhməramlılar üçün beynəlxaq mandate almaq istəyir. Bu işdə isə ona Fransa kömək edə bilər. Təbii ki, Fransanın da şərtləri var. Şərt isə ondan ibarətdir ki, sülhməramlı missiyanı Rusiya ilə birlikdə Fransa da həyata keçirsin. Daha dəqiq desək Rusiya sülhməramlı missiyanı hərbi kontingentlə, Fransa isə mülki müşahidəçilərlə həyata keçirir. Fransa bu imkana regionda təmsilçilik imkanı kimi baxır.Təbii ki, ikitərəfli görüşdə hansı razılşmaların əldə olunacağı və ya bundan sonrakı birgə addımlarla bağlı hansı qərarların qəbul ediləcəyini söyləmək çətindir. Amma düşünürəm ki, rəsmi məlumat olaraq biz yenə də görüşdə əvvəl əldə olunmuş razılaşmaların icra vəziyyətinin, kommunikasiya xətləri məsələsinin, eləcə də, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirə olunduğunu eşidəcəyik. Lakin kimin hansı planlar qurmasından asılı olmayaraq bir şey dəqiq məlumdur ki, Azərbaycan heç bir halda öz maraqlarından güzəştə getməyəcək.”

Fərahim RƏHİMOV