Putinlə qonşuluq neçəyə başa gəlir?backend

Rusiya Prezidenti Vladimir Putinin mənzilinin yerləşdiyi Sankt-Peterburqdakı Vasilyevski adasının 2-ci xəttindəki fərdi yaşayış evlərinin minimum qiyməti 2,9 milyon rubl məbləğində dəyərləndirilir.

“Yeni Gundem” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Nevskiy prostor” agentliyinin hazırladığı hesabatda qeyd olunub.

Agentlik rieltorları hazırda Putinin evi ilə qonşuluqda neçəyə yaşamaq olduğunu müəyyənləşdiriblər. Məlum olub ki, Vasilyevski adasının 2-ci xəttindəki 17 nömrəli binada bir dənə də olsun mənzil satılmır – burada son mənzil 2017-ci ilin payızında satışa çıxarılıb.

Ətrafdakı evlərdə 21 mənzil var. Üç otaq və studiyadan ibarət obyektlər ümumilikdə 7 ədəddir ki, bunlar da 2,9 milyondan 3,4 milyon rubla qədər dəyər təşkil edir.

Üçotaqlı mənzillər arasında ən bahalısı 20 milyon, ən ucuzu isə 9 milyon rubla başa gəlir. Dördotaqlı seçimlər 9,5-31 milyon rubl arasında qiymətləndirilir.

Mütəxəssislərin sözlərinə görə, Vasilyevski adası ziddiyətlər məkandır. Belə ki, ərazidə elit daşınmaz əmlak və orta səviyyəli ev tapmaq olar. Bu özü olduqca unikaldır. Yerə tələbat ardıcıl olaraq yüksək səviyyədədir.

Qeyd olunur ki, V. Putin sözügedən ərazidəki mənzilini 1992-ci ildə alıb.