Qabil Hüseynlinin səhhətində problem yarandıbackend

Tanınmış politoloq, professor Qabil Hüseynlinin səhhəti pisləşib.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu astroloq Səbuhi Rəhimli məlumat verib.

Onun sözlərinə görə, Q.Hüseynli 10 gün xəstəxanada müalicə alsa da, heç bir irəliləyiş olmayıb: “Deyir həkimlərə sübut edə bilmirəm ki, bu fəsadlar 3-cü vaksindən sonra əmələ gəlib. Gəlin, diqqəti onun normal müalicə almasına yönəldək. Qabil Hüseynli məsuliyyətli adamdır, ən ağır durumda olsa belə tele-dəvətləri heç vaxt təxirə salmır. Biz də bu məsuliyyəti onun özünə qarşı göstərməliyik. Allah şəfa versin!”