Qaçıraraq evləndiyi qızı toy gecəsinin səhəri öldürdü — FOTO / VİDEObackend

Hadisə Türkiyənin Bursa şəhərində baş verib.

Qaçıraraq evləndiyi Güllü Yurtoğlunu toyun sabahı 16 dəfə bıçaqla qətlə yetirən, narkotik maddə asılısı olduğu məlum olan Metehan Yurtoğlunun dostuna söylədikləri qan dondurub. Məhkəmədə təqsirləndirilən şəxsin arvadını öldürdükdən sonra yanına getdiyi dostuna “çox rahat öldürdüm” dediyi açıqlanıb.
Metbuat.az xəbər verir ki, cinayətdə təqsirli bilinən Metehan Yurtoğlu, xına mərasimində həyat yoldaşının onu aldatdığı haqqında dedi-qoduları eşitdiyini, səhərə kimi yata bilmədiyini bildirib. Səhər açıldıqda isə Güllü Yurtoğlu ilə mübahisə edib, əlindəki bıçaqla ona zərbələr vuraraq qətlə yetirib.