“Qadağa rejimi davam etdirilməlidir” — Baş infeksionistdən çağırışbackend

Respublikanın bir neçə şəhərində tətbiq edilən iki günlük sərt karantin rejimi bitdi. Həftənin ilk günü vətəndaşlar yenidən küçələrə çıxıb, fəaliyyətinə məhdudiyyət qoyulan müəssisələr öz işlərini bərpa ediblər. Təəssüf ki, hələ də tibbi maskalardan istifadə etməyən vətəndaşlar var.

Paytaxt ərazisində səhər saat 06:00-dan sonra canlanma müşahidə olunub.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti bərpa edilib, əhalinin yaşayış yerlərini tərk etməsi qadağası başa çatıb.
İctimai nəqliyyat öz fəaliyyətini bərpa etsə də, təəssüf ki, sərnişinlərin maskasız olması yoluxma hallarının artmasına şərait yaradır.
Nazirlər Kabineti yanında operativ qərargah dəfələrlə vətəndaşlara çağırış edərək, sosial məsafənin gözlənməsinin və maskalardan istifadənin vacib olduğunu bildirib. Bütün bunlara baxmayaraq, cəmiyyətdəməsuliyyətsiz davranış hallarına rast gəlinir.
Görəsən, vətəndaşlar nə üçün öz sağlamlıqlarına qarşı bu qədər laqeyd yanaşırlar? Hələ də xəstəliyin mövcud olduğuna inanmayanlar var?
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Oxu.Az-a açıqlamasında insanları məsuliyyətsiz davranışlara yol verməməyə çağırıb.
O bildirib ki, dünya ölkələri ilə müqayisədə, Azərbaycanda koronavirus pandemiyasından ölüm və yoluxma halları azdır:
“Bu məsələni diqqətdə saxlamaq lazımdır. İnsanlar həm qoyulan qaydalara riayət etmir, həm də dövlətdən, səhiyyədən tədbir görmələrini tələb edir. Bəzi qruplar isə, ümumiyyətlə, xəstəliyin mövcudluğuna inanmır. Bunanə gərək var? Heç bir dövlət istəməz ki, vətəndaşlar cərimə yolu ilə qanun-qaydaya riayət etməyə məcbur olunsun.
Bu, şüurlu şəkildə olmalıdır. İnsanların bu mövzuda cərimələnməsi, əslində, düzgün deyil. İnsanlar bir-birini başa düşməlidir. Maska taxmaq bu qədər çətin deyil. Yoluxmaların artma səbəbini soruşurlar. Təbii ki, sadaladıqlarım xəstəliyin yayılmasına şərait yaradır”.
C.İsayev tətbiq edilən iki günlük karantin rejimini alqışlayıb:
“İnsanlar buna da etiraz edir. Vətəndaşlar birmənalı şəkildə başa düşməlidir ki, bu tədbirlər onların sağlamlığı üçündür. İki gün nə sağlam, nə xəstə insan küçələrə çıxmadı. Bu, kifayət qədər önəmli məqamdır.
Virus daşıyıcılarının küçələrə çıxmaması, digər insanlarla ünsiyyət saxlamaması pandemiya ilə mübarizə çərçivəsində ciddi addımdır.İnsanlarkönüllü şəkildə tibbi maskanın, əlcəklərin istifadəsinin zəruriliyini anlayana, dövlətin gördüyü tədbirlərə dəstək verənə qədər bu rejim davam etdirilməlidir”.
///Demokrat.az