Qadın məhbusların saxlanma şəraiti standartlara uyğundur – Qadın Vəkillər Alyansının üzvübackend

4 saylı cəzaçəkmə müəssisəsində qadın məhbusların saxlanma şəraiti standartlara tam uyğundur.

Trend-in məlumatına görə, bunu Qadın Vəkillər Alyansının üzvü Nurəngiz Qarayeva Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda keçirilən tədbirdə deyib.

“Müəssisədə cəza çəkən qadınlar üçün yaradılan şəraitlə tanış olduq. Qadın məhbusların səhhətinin nəzarətdə saxlanması üçün yaradılan tibbi xidmət, məşğulluq üçün istehsal müəssisəsi, təhsil almaları üçün peşə məktəbi yüksək səviyyədə fəaliyyət göstərir.

Bu gün bura gəlməyimizin səbəbi isə əsasən Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlıdır. 1999-cu il noyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının iclasında qəbul edilən qərara əsasən, 25 noyabr – Qadın Zorakılığına qarşı Mübarizə Günü kimi qeyd edilib. Bu günlə əlaqədar biz də 4 saylı cəzaçəkmə müəssisəsinə baş çəkdik. Biz də Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı olaraq müəssisədə olduq və qadın məhbuslarla maraqlandıq, onların vəziyyəti ilə tanış olduq. Qadın Vəkillər Alyansı olaraq biz mütəmadi olaraq qadın məhbusların vəziyyətini diqqətdə saxlayırıq, problemləri ilə maraqlanırıq, problemlərin həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırırıq”, – bildirib.