“Qadın paltarı geyinərək erotik rəqslər edən oğlanlar” – əvvəllər Azərbaycanda da olan, Əfqanıstanda hələ də yaşayan “mütriflik” nədir?backend

“XIX əsrin sonu, XX əsrin əvvələrində Azərbaycanda bəzi imkanlı ailələr yetim oğlan uşaqlarını götürüb, onlara qız paltarı geyindirib və o zamanın dili ilə “mütrif” adlandırdılar. Bu gənc oğlanlar rəqs etməyi, yeri gələndə sahiblərinin seksual ehtiyaclarını ödəməli idilər”.

Bu sözləri dosent Zaur Əliyev yazıb. O qeyd edib ki, bu adət ümumən İslam coğrafiyasında yayılıb:

“Xüsusilə Əfaqanıstan, Pakistan və bəzi Mərkəzi Asiya ərazilərində bu adət var idi. Buna fars dilində “baça bazi” və ya “beçəbazlıq” deyilir.
Farsca – beçə “bala, uşaq”, bazi- “oyun” deməkdir. Yəni “uşaqlarla oynamaq”. “Baça bazi”-

Əfqanıstanda kasıb, kimsəsiz azyaşlı oğlan uşaqlarını qız obrazında erotik rəqslər və başqa cinsi fəaliyyətlərə cəlb edən cinsi quldarlıqdır. “Baça bazi” mərasimlərində 5-6 yaşlı oğlan uşaqlarına qadın paltarı geyindirilib məcburi rəqs etdirirlər. Həmçinin bu uşaqlar cinsi təcavüzə də məruz qalırlar. Əfqanıstanda zənginlərin demək olar ki, hamısının evində “baça bazi”si var. Zənginlər bir-birinə “baça bazi” hədiyyə edirlər. Tarixçi Entoni Şeyin fikirinə görə, bunun səbəbi qərbi kolonial dəyərlər idi”.

Ad – 0

Z.Əliyevin sözlərinə görə, Mərkəzi Asiyana səfər edən bir sıra xarici səyyahlar “beçə bazı” haqqında yazırdılar:

“Məsələn, 1872-1873 illərin arasında Türküstana səfər edən Yucin Şuler qeyd edirdi ki, varlı yiyələr sevdiyi rəqsçisi böyəndə onlara öz biznesini təsis etməyə kömək edirdilər
Bu barədə əfqan jurnalist Nəcibullah Qüreyşin “Afganistan The Dancing Boys” sənədli filmi var.

Film 2010-cu ilin martında İngiltərədə, daha sonra isə ABŞ-da nümayiş etdirildikdən sonra dünyada insan haqları ilə məşğul olan təşkilatlar narahat olmağa başladı. Əfqanıstan hökumətinə qarşı ciddi təzyiqlər oldu. Xalid Hüseyninin Çərpələng uçuran romanında da “beçə bazı” göstərilib. Lakin, hələ də buna qadağa qoyulmayıb”,- deyə o əlavə edib. (ölkə.az)