Qadını vurub qaçan sürücü tapıldıbackend

Dekabrın 15-də saat 23 radələrində Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Cəfərova vurulub.

“Yeni Gundem” xəbər verir ki, qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Changan” markalı avtomobilin sürücüsü, paytaxt sakini E.Cəfərov saxlanılıb.