Qadınlar üçün kişi səsi haramdır?backend

Allahın verdiyi beyini peyin kimi gəzdirməməliyik! Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, bir məscidin imamı deyib ki, “Musiqidə qadın səsi və şəhvət olduğundan haramdır”. Soruşmaq istəyirəm, İslam kişilər üçünmü gəlib? Haramlar kişilər üçünmü nəzərdə tutulub?  Niyə məsələyə qadın tərəfdən baxa bilmirik? Bu məntiqlə (əslində burda heç bir məntiq yoxdur) qadınlar üçün də kişi səsimi haramdır? Haramı – halalı müəyyənləşdirən ancaq Allahdır.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ilahiyyatçı Elşad Miri bildirib.

“Peyğəmbərin heç özünə nəyisə haram qoymaq səlahiyyəti olmayıb. Elə isə Allah harada musiqinin, qadın səsinin haram olduğunu buyurub? Halbuki Allah Quranda buyurur ki, dilinizin uydurduğu yalana əsaslanaraq: “Bu halaldır, bu isə haramdır”, – deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız… “Nəhl” surəsi, 16/116. Bu açıqlamanı verən imam Dini Komitənin müsahibəsindən bu cürmü keçib? Məsələyə Komitədə müsahibə götürənlərin fikirləri necədir? Onlar damı bu cür düşünürlər?” – E.Miri deyib.