“Qadınlarla yanaşı kişilərə münasibətdə də həmin müavinətin ödənilməsi tam doğru və ədalətli yanaşma olardı. “-Səbinə Əliyevabackend

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada həmin maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Eləcə də, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 13.2.8-ci maddəsinə əsasən, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Müvəkkil Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək səlahiyyətinə malikdir.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Ombudsman Səbinə Əliyeva mətbuata verdiyi açıqlamasında bildirib.

Ombudsman müavinətlərin ödənilməsindəndə danışıb .Onun fikrincə uşaqları təkbaşına böyüdən kişilərin sosial təminat hüququ pozulur .

“Belə ki, Azərbaycan Respublikasının «Sosial müavinətlər haqqında» Qanununun 4-cü maddəsinə (Müavinətlərin növləri) əsasən, şəxslərə müvafiq müavinətlər təyin edilir. Həmin Qanunun 4.0.1.13-cü maddəsinə əsasən, beşdən çox uşağı olan qadınlara münasibətdə də müavinət müəyyən edilmişdir. Lakin bu və ya digər səbəblərdən (məsələn, ananın dünyasını dəyişməsi, valideyinlik hüququndan məhrum edilməsi, fəaliyyət qabiliyyətli olmayan elan edilməsi və s.) uşaqları təkbaşına böyüdən kişilərə münasibətdə isə müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. Bu isə öz növbəsində göstərilən əsaslarla sözügedən şəxslərin, yəni beşdən çox uşağı təkbaşına böyüdən kişilərin sosial təminat hüququnun pozulmasına və ayrı-seçkiliyə səbəb olur. Odur ki, qadınlarla yanaşı kişilərə münasibətdə də həmin müavinətin ödənilməsi tam doğru və ədalətli yanaşma olardı. Göstərilən səbəblər Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etməyimizi şərtləndirmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə bu müraciətimiz üzrə də 14 noyabr 2022-ci il tarixində Plenum tərəfindən Qərar qəbul edilmişdir. “-vurğulayıb .

Fərahim RƏHİMOV