Qafar Əlizadə vəfat etdibackend

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrası dosenti, biologiya elmləri namizədi Qafar İslam oğlu Əlizadə vəfat edib.

Universitetdən “Yeni Gündəm”-ə verilən xəbərə görə, 67 yaşında dünyasını dəyişən Q.Əlizadə 1971-1976-cı illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 1989-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Hüceyrə biofizikası və biotexnologiyası – ətraf mühit amillərinin müxtəlif diapazonlu elektromaqnit şüaları və ozonun ardıcıl qarşılıqlı təsirinə qarşı birhüceyrəli sistemlərin davamlığı və biotexnologiyanın fotobioenergetik problemləri istiqamətində tədqiqat işi aparıb.