“Qalatasaray”ın vitse-prezidenti və xanımı koronavirusa yoluxdubackend

Türkiyənin “Qalatasaray” futbol klubunun vitse-prezidenti Abdurrahim Albayrak və onun həyat yoldaşı Şükran Albayrakda koronavirus aşkarlanıb.

“Yeni Gündəm”xəbər verir ki, bu barədə məlumatı İstanbul klubu açıqlayıb.

Məlumata görə, A.Albayrak və Ş.Albayrakın koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, A.Albayrak ötən həftə koronavirus şübhəsi ilə xəstəxnaya yerləşdirilib.