QALİB XALQIN ŞANLI ORDUSUbackend

Azərbaycan xalqının 1988 ci ildən başlanan Milli Azadlıq mübarizəsi 2020 ci il noyabrın 10-nunda başa çatdı. Biz 30 il ərzində ərazimizin bütövlüyü uğrunda mübarizə apardıq və qalib gəldik.

Biz bu qələbəni müzəffər ordumuza borcluyuq. Bu torpaq uğrunda şirin canından keçən şəhidlərimizə borcluyuq. Çünki, bu günki, qələbəmizin mənası, qayəsi butöv Azərbaycandır. Azərbaycan xalqının 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil bütünlükdə Azərbaycan Respublikasıdır və əsasda müstəqilliyimizdir. Azərbaycan prezidentinin rəhbərliyi ilə rəşadətli ordumuz sözün əsl mənasında tarix yazdı. Cənab Prezident İlham Əliyev münaqişəni sülh yolu həll etməyə çalışsada Ermənistan rəhbərliyi buna əməl etmədi. Uzun illərdən bəri status-kvonun qəbuledilməzliyini deyənlərə, amma heç bir iş görməyən qruplara, təşkilatlara işğalçının başına sığal çəkənlərə göstərdiki, məsələni necə həll etmək olar. Ali Baş Komandanın əmri ilə döyüşə atılan qüdrətli ordumuz 44 gün içində status-kvonu anlayışını yox etdi. İndi artıq nə status nə də bir təmas xətti var. Azərbaycan ordusunun keçirdiyi döyüş əməliyyatları bir daha sübut etdiki, bu bir qəhrəmanlıq nümunəsidir.

Ordumuzun, xüsusi təyinatlılarının və digər hərbi qüvvələrinin fədakarlığı nəticəsində oldu. Ordumuzun peşakarlığı, silahdan istifadə etmə bacarığı, pilotsuz uçuş aparatlarının hədəfi tam dəqiq vurması bu artıq Azərbaycan ordusunun məharətini göstərirdi.

Heydər Əliyev adına Ali Hərbi məktəbin yetişdirdiyi, zabitlərin döyüş meydanında göstərdikləri şücaətləri danılmazdır. Həm sərhəd qoşunlarının həmdə quru qoşunlarının düşmən mövqeylərini əldə saxlanılmasında xüsusi məharət göstərdilər. Atılan mərmilərin bütün hədəfləri dəqiq vurması bu döyüş əməliyyatların uğurla nəticələnməsindən xəbər verirdi. Azərbaycan xalqının iradəsi və cənab prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz qələbə çaldı.

Azərbaycan 200 ildən çox erməni qəsbkarlarına qarşı mübarizə aparmışdır. Əzəli Azərbaycan torpaqları olan Qarabağ 27 il ərzində düşmən tapdağı altında qalmışdır. Hələ Çar Rusiyası dövründə ermənilər Qədim Azərbaycan torpaqlarında məskunlaşmışdılar.

Ermənilər bu torpaqlarda yaşadıqları müddətcə çirkin əməllərindən geri qalmamışdılar.

Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri də ələ keçirib yerli azərbaycanlıları aradan sıxışdırıb çıxarmışdılar.

Hələ Rusiya inqilablarının başladığı dövrlərdə 1905-1918-ci illərdə Azərbaycan erməni qəsbkarlarının hücumuna məruz qalmışdır. Vətən müharibəsi 27 sentyabr 2020-ci ildə səhər saatlarında Qarabağ müharibəsindən sonra yaradılmış, təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət, komendant saatı qismən səfərbərlik elan etdi. Türkiyə Qarabağ məsələsində həmişə olduğu kimi Azərbaycana dəstək verdi. Beynəlxalq ekspertlər qeyd edirlərki, müharibənin Azərbaycanın hücumu ilə başladığını qeyd edirlər. Müharibə əsasən pilotsuz təyyarələrin sensorların ağır artilleriyanın və raket rəhbərlərinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çox saylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası və Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədər təcili iclas keçirilmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atışkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır.

Döyüşlərin gedişi ərəfəsində Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı.

Ordumuz oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın dəhlizi işğaldan azad olunduqdan sonra Qondarma Dağlıq Qarabağla olan yeganə magistral yolla əlaqəsi kəsildi. Azərbaycan İkinci Qarabağ Savaşında 3000-nə yaxın şəhid vermişdir. Azərbaycan xalqının güclü iradəsi və müzəffər ordumuzun şücaəti nəticəsində torpaqlarımızı işğaldan azad etdik.

Bakı Slavyan Universiteti

Abbasova Pərvanə