“Qan içində otağına girdi, dedi, ana, ölürəm” – Qubada ata oğlunu niyə öldürüb? – TƏFƏRRÜAT – VİDEObackend

Qubada ata oğlunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Mayın 2-də 19 radələrində 35 yaşlı Sərraf Vahabovun öldürülməsi barədə Quba Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin atası 65 yaşlı Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhrumun anası Çeşminaz Vahabova iddia edir ki, oğlu həyat yoldaşına Ramazan bayramında spritli içki qəbul etdiyinə görə irad bildirib. Bu zaman tərəflər arasında mübahisə yaşanıb.

Çeşminaz Vahabovanın iddialarına görə,  həyat yoldaşı oğlunu üzərində gəzdirdiyi bıçaqla öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.