Qanunsuz ov edən şəxs polisə xəsarət yetirdibackend

Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şöbəyə dəvət edilərkən R.Abdurəhmanov tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxslər tüfəngdən atəş açaraq qaçıblar.