Qaqa ilə yox, onunla sevgilidirbackend

Dörd illik sevgilisi İrina Şeykdən ayrılan amerikalı aktyor-rejissor Bredli Kuper “James Bond” (No Time to Die) filminin ulduzu  Ana de Armasla sevgilidir. 

“” xarici KİV-ə istinadən xəbər verir ki, bir müddətdir görüşən cütlük qapalı tədbirlərin birində tanış olub.

Bundan əvvəl isə Kuperin adı “A Star is Born” layihəsində rol aldığı Ledi Qaqa ilə çəkilir, onların eşq yaşadığı iddia olunurdu.

45 yaşlı aktyor isə hazırda İrina ilə gərgin anlar yaşayır. Buna səbəb isə Kuperin qızı Leanı öz himayəsinə götürmək istəməsidir.

Qeyd edək ki, Ana Kuba əsillidir və Hollivud ulduzu Bred Pittin yeni film layihəsində rol alıb.