Qara dənizə rəqib baxışı məlum oldubackend

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə keçiriləcək görüşdə Qara dənizdə artan gərginliyə toxunacaqlar.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Politico” ekspertlərə istinadən məlumat yayıb.

Qeyd edilir ki, su yolu dünyanın əksər hissəsini neft, qaz və taxılla təmin edən enerji ticarəti üçün həyati əhəmiyyət kəsb edir. “Lakin Rusiyanın dəniz yollarını bağlamaq cəhdləri Türkiyənin maraqlarına təsir etməyə başlayır”, – nəşr yazıb.

Qəzet qeyd edir ki, ortaya çıxan ziddiyyət Ankara və Moskvanın Qara dənizlə bağlı iki rəqabətli baxışını ortaya qoyur. Con Hopkins Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbinin professoru Sergey Radçenkonun sözlərinə görə, Rusiya tərəfi Qara dəniz probleminə güc tərəfdən baxır: “Onların Ukrayna gəmiçiliyinə müdaxilə etmək imkanı var və bunu edirlər. Onlar düşünürlər ki, Ukraynanın dəniz blokadasını effektiv şəkildə tətbiq edə bilərlər və əslində buna nail olacaqlar”.

Amma Türkiyə Qara və Aralıq dənizlərini birləşdirən Bosfor və Çanaqqalanın strateji boğazlarına nəzarət edir və bu coğrafiyadan öz xeyrinə istifadə etmək niyyətindədir. Fakt budur ki, Moskvanın Ukrayna iqtisadiyyatını sarsıtmaq cəhdləri Türkiyəyə də zərbə vurur. Ərzaq və enerji qiymətlərinin artması Türkiyə iqtisadiyyatına zərər vurduğu kimi, gəmiçilik problemləri Ankaranı ucuz enerjidən, eləcə də gəlirli kənd təsərrüfatı idxal bazarından məhrum edir.

Bu fonda Ərdoğan Rusiyanı taxıl müqaviləsinə qaytarmaq niyyətindədir. “Rusiya Türkiyənin ikinci, Türkiyə isə Rusiyanın üçüncü ən böyük iqtisadi tərəfdaşıdır. Onlar bir-birlərinə zərər verə və ya bərabər balanslı bir əlaqə qura bilərlər”, – Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş kontr-admiralı Cihat Yaycı bildirib.

Oksford Universitetinin Qlobal və Regional Tədqiqatlar Məktəbinin türkiyəli eksperti Dimitar Beçevin fikrincə, Ankara nəzarətdən əl çəkmək istəmir və Qərb güclərinin “asayişi bərpa etmək” və Moskvaya mane olmaq üçün onun həyətyanı sahəsinə soxulmasını görmək istəmir. Bundan əvvəl məlum olub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə Ankaranın xarici işlər naziri Hakan Fidanın təklif etdiyi yeni taxıl sazişi düsturunu müzakirə edəcək.

Mənbə: Lenta.Ru

Aynur Camal