Qara görə 50 yol hadisəsi baş verib -AÇIQLAMAbackend

Bakıda qarlı hava şəraiti nəticəsində 50 yol avto nəqliyyat hadisəsi baş verib.

Bu məlumatı Yeni Gündem”Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli verib.

“İlk iki gün ərzində 50 hadisə olub.İlk günü 35, daha sonra isə 15. Ondan sonra baş verən hadisələrin heç biri sürüşməyə, qara, buza dəxli olmayanlardır.”

O bildirdi ki,paytaxt ərazisində yollardakı vəziyyət normaldır.Hələki, hər şey qaydasındadır.Xüsusi ilə sürüşmə nəticəsində yaranmış qəzalar yoxdur.

Fərahim RƏHİMOV