Qara görə qiymətləri ceyran belinə qalxan təksilər VİDEObackend

Qar yağdı, taksi qiymətləri ceyran belinə mindi.

“Yeni Gündəm” xəbər verir ki, güclü qar səbəbindən paytaxt nəqliyyatında yaranan problem, xüsusilə də ictimai naqliyyatda gecikmələr və dayanacaqlarda yaranan sərnişin sıxlığı taksilərə tələbatı artırdı. Bu isə qiymət artımı ilə müşayiət olundu…
Sərnişinlərin sözlərinə görə, bəzi taksi şirkətləri və fərdi şəxslər qiymətləri hətta 2-3 dəfə artırıblar.
Bəzi taksi şirkətləri isə ya ümumiyyətlə telefonlara cavab verməyib, ya da zəng edib düşmək mümkün olmayıb.
Şəhər ərazisində və mərkəzi hissələrdə səyyar taksilər də əvvəlki günlərə nisbətən az gözə dəyirdi.
Taksi sürücüləri isə əməkdaşlıq etdikləri şirkətlərin qiymətləri 20-25 faiz artırdığını bildirdilər. Fərdi şəkildə xidmət göstərdikdə isə qiymətləri dəyişmədiklərini dedilər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, qiymətləri qurum tənzimləmir.