Qarabağ Azərbaycandır və nida işarəsi!backend

Hələ sərhədlərin olmadığı bir zamanda türkün vətəni yerlə – göy arası olub. Qədim Azərbaycan türkünə qarşı amansız davranan ermənilər anlamadı ki, düşmənin hiyləsi və yiyəsi varsa, Türkün də Tanrısı var, yer üzündə mərd, qorxubilməz oğulları var.

Zamanın hər dönəmində öz xeyirlərini güdən, özlərinin bədxah əməllərini və siyasətlərini həyata keçirən mənfur ermənilər XX əsrin 90-cı illərində “Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyərək əbədi və əzəli Qarabağ torpaqlarına soxuldular. Burada qırğınlar, müsibətlər törətdilər. Bu azmış kimi dövlətini siyasətlə, ideologiya ilə deyil, məhəbbətlə idarə edən qədim Azərbaycan türklərini yer üzündən silməyə çalışdılar.
Və həmin qanlı-qadalı 1992-1993-cü illərdə Azərbaycanın 20%-dən çox torpağı xain və hiyləgər düşmən tərəfindən zəbt edildi. Bu mənəvi və fiziki faciənin qurbanları, itirilmiş coğrafi ərazilərin miqyası daha böyük ola bilərdi. Azərbaycan adlı məmləkəti yox olmaq təhlükəsindən qoruyan, xalqı isə yer üzündən silinməyə qoymayan Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, şəxsiyyəti oldu. Dahi rəhbərin 1993-cü ilin 3 oktyabrı hakimiyyətə gəlişi isə Azərbaycan türkünün xilası, xalqın nicatına, muradına və qurtuluşuna çatdığı gündür.
Hər zaman haqqın, sülh və əmin-amanlığın carçısı olan Ümummilli Lider Heydər Əliyev çıxış etdiyi bütün ali tribunalardan Azərbaycanın haqq səsini ucaltmış, ermənilərin işğalçılıq siyasətini və bu siyasət nəticəsində işğal edilən qədim Azərbaycan torpaqlarının azad olunmasını tələb etmişdir. Dünyanın ən aparıcı dövlətləri, qurumları da Azərbaycanın haqq səsinə səs vermişlər. Dünyada beynəlxalq sülhün başlıca təminatçısı olan BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etmişdir. Və bu qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənmiş, təcavüzkar Ermənistanın Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur.
Necə deyərlər: “Zaman geciksə də, nəticə geciksə də, səbir edən mütləq zəfər çalacaq”. Sözsüz ki, Tanrı haqqın yanındadır. Dünya səbir edənin, sülhə dayaq olanın yanındadır. Biz səbir edərək şərəfini artıran Azərbaycan türkləri olsaq da, ancaq çox təəssüf ki, düşmənimiz şərəfsiz ermənilərdi. Onlar bu qədər səbrin, humanist yanaşmanın qarşılığında hələ də Azərbaycan torpaqlarından çıxmaq istəmir. Üstəlik Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini dəfələrlə pozaraq, mülki əhalini hədəfə alıb, xaincəsinə təxribatlara əl atıb və yaşayış məntəqələrini atəşə tutublar. Hər dəfə də layiqli cəzalarını alıblar.
Təkcə 2016-cı ilin şanlı Aprel döyüşləri Azərbaycan ordusunun qüdrəti və mənfur düşmənin döyüş səhnəsindəki acizliyini bir daha gözlərimiz önündə canlandırır. Hər dəfə Azərbaycan sərhədlərini pozan azğın ermənilərin cəzası layiqincə verilmişdir. Bu ilin sentyabrında atəşkəsi yenidən pozan Ermənistan silahlı qüvvələrinin cəzası isə daha ağır şərtlərlə verildi. Hər bir azərbaycanlı inanır ki, 2020-ci ilin sentyabr döyüşləri zəfər günümüzün, qalibiyyət günümüzün başlanğıcı olacaqdır.
Sentyabrın 27-də “Füzuli-Cərbayaıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad olunması, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postlarının darmadağın edilərək hakim yüksəkliklərin nəzarətə götürülməsi” – xəbəri hər bir azərbaycanlını hədsiz sevindirdi. Və sonrakı günlərdə də cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması xəbəri isə, qələbənin yaxında olmasının müjdəsini verdi.
Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşmək biz – Azərbaycan gəncləri üçün həm vətəndaşlıq borcu, həm də mənəvi bir vəzifədir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Biz əminik ki, artıq Azərbaycan əsgəri öz sözünü deməyə qadirdir və Ali Baş Komandanımızın əmri ilə hər an torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdır. Bu gün Azərbaycan ordusuna göstərilən qayğı və diqqət onu deməyə əsas verir ki, qüdrətli ordumuz tezliklə vətənin torpaqlarını düşməndən xilas edəcəkdir.

Yaşasın, müzəffər Azərbaycan ordusu!

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi