“Qarabağ”la final oyunumuz var” – “Bazel”in prezidentibackend

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel”in prezidenti  Reto Baumqartner “Telebasel” kanalına açıqlama verib.

“Yeni Gündəm” xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda qarşılaşacaqları “Qarabağ” haqda da danışıb:

“Patrik Rahmen klubdakı hamımız kimi çox iddialıdır. Düzgün yoldayıq, ancaq mövsüm mükəmməl deyil. Bunun üçün kubok qazanmalıyıq. Bu mövsüm titul istisna edilmir. İlin sonunadək çempionatda dörd, Konfrans Liqasında isə “Qarabağ”a qarşı final matçımız var”.

Qeyd edək ki, “Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da keçiriləcək. “Bazel”   H qrupunda 11 xalla 1-ci, “Qarabağ” eyni xalla 2-cidir.