“Qarabağ”la “Qalatasaray” bu tarixdə Bakıda qarşılaşacaqbackend

Martın 26-da “Qarabağ” Futbol Klubu rəhbərliyinin təşəbbüsü ilə “Qalasarasay”la xeyriyyə matçı keçiriləcək.

Qol.az-ın əldə etdiyi xəbərə görə, “Qarabağ” – “Qalatasaray” matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.

Matçdan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərər çəkən şəxslərə sərf olunacaq.

Qeyd edək ki, matç mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçiriləcək.