“Qarabağ” Qara Qarayevlə yeni müqavilə imzaladıbackend

“Qarabağ” daha bir futbolçu ilə müqaviləni rəsmiləşdirib.

“Yeni Gündəm” klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Qara Qarayevlə anlaşmanı yeniləyib.

Yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb. Anlaşmanın müddəti 2 ildir. Qarayev “Qarabağ”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, Ağdam klubu bunadək Maksim Medvedev, Bədavi Hüseynov və Elvin Cəfərquliyevlə müqavilələri uzadıb.