Qarabağ qazisini döyməyə gələnlər kameraları belə sıradan çıxardı – ANBAAN VİDEObackend

Qarabağ qazisi Ceyhun Məhərrəmov mayın 3-də axşam saatlarında yaşadığı evin girişində bir qrup şəxsin hücumuna məruz qaldığını iddia edib.

Bu barədə açıqlama verən C. Məhərrəmov hadisə ilə bağlı polisə şikayət etdiyini bildirib.

Ötən gün paytaxtın Xətai rayon ərazisində bir qrup şəxs Zaur Abdullayevin başçılığı ilə xuliqanlıq niyyəti ilə Qarabağ veteranı Ceyhun Məhərrəmovu döyüblər. Onlar ilk öncə həyətdəki təhlükəsizlik kameralarını sıradan çıxarıblar. Sonra isə Ceyhun Məhərrəmovun evə gəlməsini gözləyərək çirkin niyyətlərini həyata keçiriblər. Qeyd edək ki Ceyhun Məhərrəmovu döymələrinin əsas səbəblərdən biri Şaurma N1 şəriki Aqil Babayev cinayət işi üzrə şahid qismində verdiyi ifadədir. Belə ki, “Şaurma N1” restoranın VÖEN-i və patent hüququ Ceyhun Məhərrəmovun adına olub. O, istintaq zamanı əsl həqiqətləri bildirərək şəriklərin Natiq Sadıqov və Aqil Babayev olmasını təstiqləmişdir. Bundan sonra bu cinayyət işində saxtda zərərə çəkmişlər birləşərək Ceyhun Məhərrəmovun ifadəsini qeri götürməsini ilk öncə pul qarşılığında istəsələrdə razılaşmadığı üçün onu döyərək təhqir ediblər. Bu hadisə ilə bağlı DİN 102 qaynar xəttinə məlumat verilib. Hal – hazırda 36 cı polis bölməsində tədqidat aparılmasına baxmayraq xuliqanlıq hadisəsini törədmiş şəxlər Aqil Babayevin digər şahidlərini təhqir və təhdid etməkdə davam edirlər.

(Legitim.az)