“Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı şeir yarışmasının qalibləri mükafatlandırıldıbackend

44 gün davam edən Vətən müharibəsində 2841 şəhidin adlarının əbədiləşdirilməsi və bu dastanın yazılaraq sonrakı nəsillərə ötürülməsi məqsədilə “Qarabağ Zəfəri və Qarabağ Şəhidlərinə həsr olunmuş Şer Müsabiqəsi” təşkil edilib.

“Yeni Gündəm” xəbər verir ki, müsabiqə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin himayəsində Bakı Təhsil Müşaviri/TİKA əməkdaşlığı ilə və Bakı Türk Anadolu liseyinin təşkilatçılığı ilə reallaşıb.

Müsabiqə 20 yanvar 2021-ci il tarixində elan edilmiş, şagirdlərin yazdığı şerlər 15 aprel 2021-ci il tarixədək qəbul olunub.

Toplanan şeirlər Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən, Azərbaycan Təhsil Nazirliyinin nümayəndələrindən, Bakı Türk Anadolu liseyi, TDV Bakı Türk liseyi və Atatürk liseyi ədəbiyyat müəllimlərindən yaradılan bir münsiflər heyətinin ciddi çalışmaları nəticəsində ön ələmə ilə 120 şeir müəyyənləşdirilmiş, final mərhələsində ən yüksək qiymət alan ilk 50 şeir müsabiqəsinin qalibi olaraq seçilib.

Qeyd edək ki, müsabiqədə yer tutan ilk 50 şer daha sonra kitab şəklində çap olunacaq.