“Qarabağ” “Sivasspor”a qalib gəlir – CANLI (YENİLƏNİR)backend

“Qarabağ” və “Sivasspor” qarşılaşmasında ilk qol vurulub.

“Yeni Gündəm” xəbər verir ki, 8-ci dəqiqədə Zubir dəqiq zərbəsi ilə “Qarabağ” hesabı açır.

***

21:55

UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə “Qarabağ” və “Sivasspor” komandaları arasında oyun start götürüb.

“Yeni Gündəm” xəbər verir ki, İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

***

21:00

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyədə üz-üzə gələcək “Qarabağ” və “Sivasspor” klublarının start heyətləri bəlli olub.

“Yeni Gündəm” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”də çıxacaqlar.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 77. Donald Gerye, 81. Kevin Medina, 2. Qara Qarayev, 44. Elvin Cəfərquliyev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 7. Ovusu Kvabena, 11.Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 9. Xayme Romero, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev

Baş məşqçi: Qurban Qurbanov

“Sivasspor”: 30. Mamadu Samassa, 3. Uğur Çiftçi, 4. Aaron Appindonqoe, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa, 8. Robin Yalçın, 6. Klaudemir, 10. Yasin Öztekin, 29. Kazimir Ninqa, 2. Aruna Kone, 7. Maks Qradel

Ehtiyat oyunçular: 35. Ali Şaşa Vural, 14. Samba Kamara, 5. İsak Kofie, 80. Olarenvayu Kayode

Baş məşqçi: Rıza Çalımbay

Qeyd edək ki, İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında “Sivasspor” öz meydanında 2:0 hesablı qələbə qazanıb.