Qarabağ və Şərqi Zəngəzurda tikilən avtomobil yollarının ümumi uzunluğu məlum oldubackend

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzurda inşa olunan avtomobil yollarının xəritəsini dərc edib.

AAYDA-dan “Yeni Gündəm”-ə verilən məlumata görə, xəritə ümumi uzunluğu 665,4 km olan və hazırda tikilən 10 əsas avtomobil yolunu əhatə edir. Bundan əlavə, xəritədə tikintisi nəzərdə tutulan, lakin uzunluğu qeyd olunmayan avtomobil yolları da daxildir.

Belə ki, xəritə “Zəfər” (101 km), Əhmədbəyli-Füzuli-Şuşa (81,6 km), Toğana-Kəlbəcər-İstisu (80,7 km), Kəlbəcər-Laçın (72,3 km ), Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd (123,8 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km), Füzuli-Hadrut (13 km), Bərdə-Ağdam ( 45 km) avtomobil yollarını əhatə edir.