“Qarabağa göndərilən silahların sayı o qədər çoxdur ki…”-Politoloqbackend

92 gündür ki, Azərbaycanın eko-fəalları Laçın-Şuşa yolunda aksiya keçirirlər.Aksiya keçirmə səbəbləridə hamıya məlumdur.Bu günə kimi bir maşın belə Azərbaycanın yeraltı sərvətlərinin daşınmasına icazə verilməyib.Yol bağlı deyil.Yoldan 4000 minə yaxın maşın keçib.

Bu sözləri “Yeni Gundem“-ə açıqlamasında Politoloq Elşad Həsənov bildirib.

O vurğulayıb ki, 5 mart hadisələri onu göstərir ki, Ermənistan tərəfindən Qarabağa göndərilən silahların sayı o qədər çoxdu ki, onlar münaqişəni gərginləşdirməyə çalışırlar.

“Həmin maşınlar ilə Qarabağa silah-sursat daşınması halları baş verir.Üçtərəfli bəyanata görə, rus sülhməramlıları qeyri-qanuni silahlı birləşmələrin çıxarılması ilə paralel olaraq yerləşdirilir.Həmin müddətdən iki il çox vaxt keçməsinə baxmayaraq, separatçılar oradan təmizlənmiyib.Biz dövlət başçıları səviyyəsində dəfələrlə etirazımızı bildirsəkdə ortada heç bir şey yoxdur.5 mart hadisələri onu göstərir ki, Ermənistan tərəfindən Qarabağa göndərilən silahların sayı o qədər çoxdu ki, onlar münaqişəni gərginləşdirməyə çalışırlar.ABŞ Dövlət katibinin Münhendə Azərbaycan və Ermənistan liderləri ilə baş tutan danışıqlardan sonra Prezident İlham Əliyevin verdiyi müsahibədə məlum oldu ki, danışıqlarda müəyyən irəliləyişlər var.Biz Qarabağda yaşayan yerli icma nümayəndələri ilə görüşlər keçirib,danışıqlar aparacağıq.Bu yeni bir format idi.Əvvələr buna icazə vermirdik.Cənab Prezident qeyd etdi ki, biz Moskvanın göndərdiyi hər hansı şəxslə deyil,yerli nümayəndə ilə danışıqlar apara bilərik.Bizim tələbəmizlə “dövlət naziri” Vardanyan istefaya göndərildi.Xocalıda rus sülhməramlılarının təşkilatçılığı ilə Qarabağ erməni icması ilə ilk görüş keçirildi.Blinkenlə görüşdən sonra Paşinyan qeyd etdi ki, Qarabağ Azərbaycan ərazisidir və Arayikədə göstəriş verib ki, gedib Bakı ilə dil tapın.Ermənistanın sizə verəcəyi büdcəsi yoxdur.Cənubi Qafqazda sülhün əldə olunmasını istəməyən qüvvələr var”,-deyə o qeyd edib.

Fərahim Rəhimov