Qarabağa ilk köç başladı–Arzusunda olduğumuz Böyük Qayıdış!backend

44 günlük tarixi Vətən müharibəsində əldə edilən qələbədən sonra bu gün işğaldan azad edilən Qarabağa ilk köç gerçəkləşir. Belə ki, bu gün Böyük Qayıdış siyasəti çərçivəsində Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılacaq.

30 il doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan məcburi köçkünlərimizin gözlədikləri bu tarixi gündən bizi cəmi bir neçə saat ayırır.Zəngilanın Ağalı kənd sakinləri yeni evlərinə köçürlər. Bu tarixi bir hadisədir. Hansı ki, Qarabağın işğal tarixinə Qarabağa Böyük Qayıdış tarixi əlavə ediləcək.Məlumat üçün bildirək ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kndlərinin işğaldan azad olunduğunu elan etdi. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı. Bu gün isə artıq Zəngilan sakinləri öz ata-baba yurdlarına qayıdır.Zəngilan işğaldan azad olunarkən ölkə başçısı prezident İlham Əliyev həmin gün xalqa buranın sakinlərinin ən qısa zamanda öz ata- baba yurdlarına qayıdacaqları sözünü vermişdi. Prezident və xanımı Birinci vitse-Prezident Mehriban xanım Zəngilana səfərləri zamanı xüsusi ilə burada görülən quruculuq infrasturktur işləri ilə yaxından tanış olur, öz təklif və iradlarını bildirirdi. Və yenə ölkə başçısı buradan bir daha Zəngilan sakinlərinə ən qısa zamanda ata-baba yurdlarına qayıdacaqlarını elan etmişdi. Hesab edirəm ki, biz hazırda işğaldan azad edilən Qarabağa Böyük Qayıdış siyasətinin başlanmasının şahidi oluruq. Bu, ilkdir, ancaq son deyil. Qarşıdakı aylarda biz digər işğaldan azad edilən ərazilərə vətəndaşlarımızın qayıdışının şahidi olacığıq”.

Aygül Bağırova-AJB üzvü