Qarabağda 44 gündə nələr yaşandı: CNN sənədli film hazırladıbackend

CNN Türk telekanalında “Qarabağda 44 gündə nələr yaşandı?” adlı sənədli film nümayiş olunub.

“Yeni Gündəm” xəbər verir ki, kanalın müxbiri Fulya Öztürkün müəllifi olduğu sənədli filmdə Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatından bəhs edilir.

Ekran əsərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsi dövründə dünyaya ünvanladığı mesajlar yer alıb.

Həmçinin filmdə Ermənistanın cəbhə xəttindən kənarda yerləşən Azərbaycan şəhərlərinin raket zərbələri ilə bombalaması ilə törətdiyi terror aktlarından və günahsız insanların qətlə yetirilməsindən söz açılıb.