Qarabağda atəşkəs pozuldu -Rusiya Müdafiə Nazirliyi məlumat yaydıbackend

Rusiya Müdafiə Nazirliyi Qarabağda rus sülhməramlıların nəzarəti altında olan ərazilərdə atəşkəsin pozulması ilə bağlı məlumat yayıb.

“Yeni Gundem” rus mediasına istinadən xəbər verir ki, Əsgəran rayonunda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs pozulub.

Hərbi idarənin bülletenində atəşkəsin pozulması nəticəsində itkilərin olmadığı vurğulanır.

Məlumatda bildirilir ki,Rusiya sülhməramlı kontingentinin komandanlığı insidentin bütün şəraitini araşdırır, Ermənistan və Azərbaycan tərəfinin nümayəndələri bu prosesə cəlb olunub.

“Yeni Gundem”