Qarabağda daha 14 erməni hərbçinin meyiti tapıldıbackend

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 14 erməni hərbçinin meyiti tapılıb.

“Yeni Gündəm” erməni mətbuatına istinadən xəbər verir ki, cəsədlərdən biri Xocavənd, digər 13-ü isə Cəbrayıl istiqamətində aşkarlanıb.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 344-ə yüksəlib.

Hazırda axtarış işləri Hadrut və Sünik istiqamətlərində davam etdirilir.